"Belə məqamlarda nəfəs almaq çətinləşirdi" - Buffon

  • Bu gün, 10:24

İtaliya millisinin və “Yuventus”un sabiq qapıçısı Canluici Buffon karyerası ərzində dəfələrlə panik atak yaşadığını açıqlayıb. 2023-cü ildə karyerasını başa vuran veteran futbolçu bu barədə son açıqlamasında danışıb.

Sportlife.az xəbər verir ki, Buffon həmin anları belə xatırlayıb:

“Belə məqamlarda nəfəs almaq mənim üçün çətinləşirdi, diafraqma nahiyəsində ağrı hiss edirdim, sanki ora zərbə almışdım. 2004-cü ilin fevralında “Yuventus”la “Recina” arasında keçirilən oyunu xatırlayıram, ən güclü tutmalardan birini o vaxt yaşamışdım”.

Buffon karyerasının böyük hissəsini Turin təmsilçisi “Yuventus”da keçirib. O, 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub


Paylaş: