“Neftçi” boğulur, Sümər susur
"Neftçi"yə qarşı edilənlər göz önündədir. Dünən də hakim səhvləri nəticəsində ayağa qalmağa çalışan “Neftçi” boğuldu. Məsələ aydındır...
Diqqətinizi yönəltmək istəyirəm 13 il öncəyə. O vaxt “Neftçi”də Tahir Süleymanov adlı vitse-prezident var idi. O, təkcə kabinet adamı deyildi. Tribunada görünürdü, azarkeşlərlə eyni sırada dayanırdı. Komanda qalib gələndə də, uduzanda da çıxıb sözünü deyirdi, hesabat verirdi. Haqsızlıq görəndə susmurdu. Neftçi”nin qarşısını heç kim ala bilməz”, – deyirdi.
Bəs indi?
Bu gün “Neftçi”də həmin cəsarəti göstərən bir nəfər varmı? Klubdan kim çıxıb açıq şəkildə etiraz edib? Kim bu haqsızlıqlara “dayan” deyib?
Cenk Sümer hardadır? Niyə susur? Nədən çəkinir?
Bu gün bir çox jurnalist Sümerdən daha cəsarətli görünür. “Neftçi”yə daha çox sahib çıxır, daha çox dəyər verir. Sümerin işi ancaq bankomatdan maaş çıxarmaqdır? Nədir Sümerin işi? Siz bilirsiniz?
Mirələm HƏSƏNLİ