
Azərbaycan – İslandiya matçı bu kanallarda
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq.
Sportlife.az xəbər verir ki, yığmamız sabah səfərdə İslandiya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüş bir neçə televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Azarkeşlər matçı Azərbaycanda “CBC Sport”, Türkiyədə isə “S Sport +” və “EXXEN” platformaları üzərindən izləyə biləcəklər. Həmçinin, qarşılaşma İslandiyanın “SYN Sport” kanalında da yayımlanacaq.