AFF-yə 2 milyona yaxın pul ayrılıb
AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına 2025-ci ildə ayrılan vəsaitlər açıqlanıb.
Sportlife.az xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.
Ümumi məbləğ 2 milyon 825 min 58 manatdır. Ən çox vəsait Azərbaycan Futzal Federasiyasına verilib. Quruma 1 milyon 631 min 458 manat ayrılıb.
Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Ferasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.