Milliyə görə fasilə

  • Bu gün, 14:54

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə U-20 milli komandasının təlim-məşq toplanışı olacaq.

Sportlife.az xəbər verir ki, hazırlıq prosesi 13-26 aprel tarixlərini əhatə edəcək.

AFFA və PFL-in məsləhətləşmələrindən sonra bütün potensial futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, çempionatın aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda ikihəftəlik fasilə yaranacaq.

Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.


Paylaş: