Nəriman ehtiyatda qaldı

  • Bu gün, 15:33

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi "Kolambus Kru" MLS-in Şərq Konfransında növbəti matçını keçirib.

Sportlife.az xəbər verir ki, Axundzadənin komandası VII turda "Orlanda Siti" ilə qarşılaşıb.

Matç 1:1 hesabı ilə yekunlaşıb. Nəriman Axundzadənin adı matçın iştirak ərizəsində olsa da, meydana buraxılmayıb.

Hazırda "Kolumbus Kru" Şərq Konfransında 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cüdür.


Paylaş: