
Dünya çempionatında bürünc medal
Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvü Rəsul Zəkiyev (88 kiloqram) Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında uğurla çıxış edib.
Milli Paralimpiya Komitəsindən Sportlife.az-a verilən məlumata görə, 19 yaşlı paralimpiyaçı üç hərəkətin cəmində 343 kiloqram nəticə göstərərək bürünc medal əldə edib.
Azərbaycan millisini yarışda, həmçinin Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (59 kiloqram), İlhamiz Kərimov (107 kiloqram), Zəhra Dadaşova (61 kiloqram) və Leyla Kərimova (79 kiloqram) təmsil edirlər.