"Liverpul"dan antirekord
“Liverpul” növbəti dəfə azarkeşlərini məyus edib.
Sportlife.az xəbər verir ki, Premyer Liqanın 31-ci turunun səfər matçında “Brayton”a 1:2 hesabı ilə uduzan Arne Slotun komandası cari mövsümdə antirekorda imza atıb.
Bu məğlubiyyətlə “mersisaydlılar”ın cari çempionatda uduzduqları oyunların sayı 10-a çatıb. Geridə qalan 31 turda Slotun kollektivi 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.
“Liverpul” sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə düz 10 il əvvəl, 2015/2016 mövsümündə çatıb. Həmin mövsümün gedişində, 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.