Rekordun 1 addımlığında
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə 14-cü qələbəsini qazanıb.
Sportlife.az Peşəkaf Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisi evdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.
Tovuz klubu bununla da Premyer Liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb. 4-cü dəfə yüksək dəstədə mübarizə aparan “Turan Tovuz” ötən mövsümdə də 14 dəfə qalib gəlib.
Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatan komanda növbəti qələbə ilə göstəricini yeniləyəcək.