Əliyev oynadı, komandası xal qazandı
Albaniya Superliqasının 29-cu turu start götürüb.
Sportlife.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" "Elbasani"nin qonağı olub.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Əliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Eqnatia" 51 xalla 3-cü pillədədir.