Sadıqov zədələndi, ABŞ-a getməyəcək
Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıxov UFC 327 turnirində döyüşməyəcək.
Sportlife.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.
Sadıxov buna səbəb kimi zədəsini göstərib: “Dostlar, UFC 327-dən çəkildim. Zədələnmişəm, hazırda bərpa prosesi keçirəm. Mümkün qədər tez qayıtmağa çalışacağam. Hamınıza təşəkkür edirəm, tezliklə görüşənədək”.
Qeyd edək ki, Nazim Sadıxov aprelin 11-də ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılan UFC 327 turnirində Markel Mederoşla qarşılaşmalı idi.