"Sabah" üçün 8 mümkün rəqib

  • 2 İyun 2025, 13:57

Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.

Sportlife.az xəbər verir ki, artıq Bakı təmsilçisinin Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Sabah” bu mərhələdə “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Tselye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya) komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.


Paylaş: