Millimiz Slovakiyaya yollandı

  • 3 İyun 2025, 15:14

Avropa Qızıl Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.

Sportlife.az xəbər verir ki, qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək. Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.


Paylaş: