İsayev millimizə qarşı

  • 3 İyun 2025, 18:10

Azərbaycanla yoxlama görüşü keçirəcək Latviya millisinin heyətində dəyişiklik olub.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi Robert Savalniek komandadan uzaqlaşdırılıb.

Buna səbəb 32 yaşlı orta sahə oyunçusunun zədələnməsidir. Məşqçilər korpusu RFS-in oyunçusunun əvəzinə “Liepaya”dan Vyaçeslav İsayevi yığmaya çağırıb.

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 10-da Riqadakı “Skonto” stadionunda keçiriləcək.


Paylaş: