"Neftçi"dən əla transfer

  • 2 İyul 2025, 12:47

“Neftçi” "Araz-Naxçıvan"dan İqor Ribeyronu transfer edib.

Sportlife.az xəbər verir ki, braziliyalı müdafiəçi ilə2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Naxçıvan klubu ilə razılaşmaya əsasən, Ribeyro UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlardan sonra “Neftçi”yə qoşulacaq. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.


Paylaş: