
Salah tətilini yarımçıq qoydu
"Liverpul"un hücumçusu Məhəmməd Salah komanda yoldaşı Dioqu Jotanın ölümündən sonra tətilini yarımçıq qoyub.
Sportlife.az xəbər verir ki, onun Yunanıstandakı tətili gələn həftə bitməli idi. Lakin misirli futbolçu bu gün İngiltərəyə qayıdacaq. Salah və Jota "Liverpul"da birlikdə 150 matça çıxıb.
Qeyd edək ki, Jota iyulun 3-də İspaniyada qardaşı Andre ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişib.