
"Lion"a 200 milyon avro lazımdır
"Lion" Liqa 2-yə düşməmək üçün şikayət etməzdən əvvəl 100 milyon avro toplamalı olacaq.
Sportlife.az xəbər verir ki, apellyasiya şikayəti iyulun 10-da veriləcək. 100 milyon avro həmin tarixə qədər klubun hesablarında olmalıdır. "Lion" həmçinin 2025/26 mövsümünün sonuna kimi daha 100 milyon avro alacağına zəmanət verməlidir.
Vəsaitin mükafat pullarından və oyunçuların satışından əldə edilməsi planlaşdırılır.
2024/25 mövsümündə "Lion" 57 xal toplayaraq Liqa 1-də altıncı yeri tutaraq Avropa Liqasında oynamaq hüququ qazanıb. İyunun 24-də məlum olub ki, Milli Nəzarət və İdarəetmə Direktoriyası (DNCG) maliyyə hesabatları ilə bağlı pozuntulara görə klubu ikinci diviziona salmaq qərarına gəlib.