"Sabah"da rəsmi ayrılıq

  • 24 İyun 2025, 17:04

“Sabah” Namik Ələskərovla yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Paylaş: