
"Araz-Naxçıvan"ın rəqibi heyətini gücləndirdi
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" heyətinə yeni futbolçu qatıb.
Sportlife.az xəbər verir ki, Yunanıstan təmsilçisi AEK-dən Feorqios Atanasiadisi transfer edib. 32 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ev oyununu iyulun 24-də, səfər matçını isə iyulun 31-də keçirəcək.