Nistelroy istefa verdi

  • Bu gün, 13:44

"Lester"in baş məşqçisi Rud van Nistelroy komandadan ayrılıb.

Sportlife.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Niderland millisinin sabiq üzvü "Lester"ə 2024-cü ilin dekabrında qoşulub. Komanda onun rəhbərliyi altında keçirdiyi 27 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 19 matçda məğlub olub.

"Lester" 2024/2025 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə yuvarlanıb.


Paylaş: