
Bakı klubunda braziliyalı hücumçu
Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol klubu növbəti transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, Bakı təmsilçisi braziliyalı hüçumçu Qraziele Souzanı heyətinə qatıb.
Legioner oyunçu 2025/2026 mövsümündə "Azərreyl"in formasını geyinəcək.
Voleybolçu daha əvvəl Polşa, İspaniya, Fransa və Yunanıstan klublarında çıxış edib.