Həmyerlimizə beynəlxalq təyinat

  • Bu gün, 11:20

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

AVF-dən Sportlife.az-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.

N.İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.

Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.


Paylaş: