"Neftçi"dən uğursuz start

  • Bu gün, 18:52

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib.

Sportlife.az xəbər verir ki, açılış oyununda "Neftçi" NTD ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş "Neftçi"nin 94:97 hesablı məğlubiyyəti ilə başa çatıb.

Günün digər qarşılaşması saat 20:00-da eyni məkanda "Ordu" və "Gəncə" arasında olacaq.


Paylaş: