Cüdoçumuz reytinqdə irəlilədi

  • Dünən, 16:55

Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqini yeniləyib.

Sportlife.az xəbər verir ki, bu, Azərbaycan yığmasının 2 qızıl və 2 gümüş medal qazandığı Düşənbədə (Tacikistan) keçirilən Böyük Dəbilqə yarışlarının nəticələrini əks etdirir.

Turnirin qalibi Elcan Hacıyev (90 kq) 6 pillə irəliləyərək 4-cü yerdə qərarlaşıb. Onun komanda yoldaşı və finaldakı rəqibi Vüqar Talıbov isə 9 xalla 12-ci pilləyə yüksəlib.
Böyük Dəbilqənin digər çempionu, əvvəllər dünya reytinqində 18-ci yeri tutan Balabəy Ağayev (60 kq) 12-ci yerədək irəliləyib.

Yarışın gümüş mükafatçısı Camal Qamzatxanov (+100 kq) isə 13 pillə yüksələrək 28-ci yerdə qərarlaşıb.

Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) liderliklərini qoruyublar.


Paylaş: