
"La Liqada hər şey "Barselona"nın əlindədir"
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqada "Barselona" ilə oyundan gözləntilərini açıqlayıb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis çox vacib və həlledici matça çıxacaqlarını bildirib:
"La Liqada hər şey "Barselona"nın əlindədir. Lakin biz də mübarizə aparacağıq. Matça ciddi yanaşmalıyıq. Biz maksimum inamla çıxış edib qalib olmaq niyyətindəyik".
Qeyd edək ki,"Barselona" - "Real Madrid" matçı mayın 11-də keçiriləcək.