
"Liverpul"u "Real Madrid"ə dəyişir
"Liverpul"un müdafiəçisi Trent Alexander-Arnold karyerasını "Real Madrid"də davam etdirəcək.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb. Müdafiəçi artıq "kral klubu" ilə 5 illik müqaviləni razılaşdırıb.
Bu mövsüm 27 yaşlı futbolçu "Liverpul"un heyətində 41 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.