
Rodriqo London yolunda
"Real Madrid"in hücumçusu Rodriqo karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, londonlular 24 yaşlı braziliyalının mümkün transferində maraqlıdırlar. Futbolçu ilə "Mançester Siti" də maraqlanır.
"Kral klubu" isə Rodriqo ilə 100 milyon avroya vidalaşmağa hazırdır.
"Sambaçı"nın müqaviləsi 2028-ci ilin yayında başa çatır. O, bu mövsüm 50 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.