Millimiz Almaniyaya qarşı

  • 20 İyun 2025, 10:35

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisi 1/8 finada Almaniya ilə üz-üzə gələcək.

Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: 73 kq, 90 kq, 90 kq; qadınlar: 57 kq, 70 kq, 70 kq) görüşlər təşkil olunacaq.

Mübarizəyə 16 yığma (172 cüdoçu) qatılacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.


Paylaş: