Alonsodan "Bavariya"nın çempionluğuna reaksiya

  • Bu gün, 11:38

"Bayer"in baş məşqçisi Xabi Alonso Bundesliqada "Frayburq"la oyundan (2:2) sonra "Bavariya"nın Almaniya çempionatında erkən qələbəsini şərh edib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis Münhen təmsilçisinə təbriklərini çatdırıb: "Oyun üç mərhələdən ibarət idi. İlk 15 dəqiqə yaxşı oynadıq, lakin sonra "Frayburq" sürəti artırmağa başladı. Rəqibimizə həddən artıq imkan verdik, ötürmələrdə tez-tez səhvlərə yol verdik.

"Bavariya"nı çempionluq münasibətilə təbrik edirəm. Onlar bu mövsümün ən stabil komandası idilər".


Paylaş: