Ançelottidən Xaviyə dəstək

  • 25 Aprel 2024, 20:09

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Xavinin "Barselona"da fəaliyyətini davam etdirmək qərarına münasibət bildirib.

Sportlife.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta Xavinin komandanın baş məşqçisi kimi qalacağını açıqlayıb. İlin əvvəlində 44 yaşlı ispaniyalı mövsümün sonunda "Blauqrana"dan ayrılmaq niyyətində olduğunu açıqlamışdı.

“O, “Barselona”da yaxşı işləyir və klubu yaxşı tanıyır. Mənə elə gəlir ki, o, düzgün qərar verib”, - AS Ançelottinin sözlərini sitat gətirib.


Paylaş: