"Barselona"nı sevindirən xəbər
"Barselona"nın qapıçısı Joan Qarsiya bu gün tibbi müayinədən keçib və onda heç bir zədə aşkar etməyib.
Sportlife.az xəbər verir ki, 24 yaşlı qapıçı Çempionlar Liqasının 1/8 final mərhələsinin "Nyukasl"la cavab oyununun (7:2) sonlarında əvəzlənmişdi.
Əvvəlcə Qarsiyanın sol baldırındakı kiçik yırtıq səbəbindən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilirdi. Lakin onun zədəsinin ciddi olmadığı üzə çıxıb. O, martın 22-də "Rayo Valyekano"ya qarşı növbəti oyuna kimi hazır olacaq.