De la Fuentedan müsəlmanlara dəstək

  • Bu gün, 10:49

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Misirə qarşı yoldaşlıq oyununda (0:0) müsəlmanların əleyhinə şüarlar səsləndirilməsinə münasibət bildirib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu hərəkətə yol verən şəxslərin futbolda yerlərinin olmadığını söyləyib:

"Ümumi fikir budur ki, bu cür davranış tamamilə qəbuledilməzdir. Mən inanıram ki, stadionda buna müvafiq şəkildə cavab verildi və tabloda xəbərdarlıq edildi. Tamaşaçıların əksəriyyəti şüar səsləndirənləri fitə basdı. Bu cür davranan insanların futbolda yeri yoxdur - onlar oyundan həyatın digər sahələrindən istifadə etdikləri kimi istifadə edirlər. Biz onlardan üz döndərməliyik".


Paylaş: