Qurbanov niderlandlı futbolçuları cəzalandırdı
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik edib.
Sportlife.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən Niderland – Belarus matçında (2:1) ədalət təmsilçisi olub.
Qurbanov oyun ərzində 3 futbolçuya sarı vərəqə göstərib. O, Niderland millisinin 2, Belarusun isə 1 üzvünü cəzalandırıb.
Qeyd edək ki, digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.