İraqda DÇ tətili

  • Bu gün, 11:53

İraq hakimiyyəti milli komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə 1 və 2 aprel tarixlərini rəsmi tətil elan edib.

Sportlife.az xəbər verir ki, müvafiq fərman Baş nazir Məhəmməd əl-Sudani tərəfindən imzalanıb.

İraq milli komandası qitələrarası pley-off finalında Boliviyanı 2:1 hesabı ilə məğlub edərək, mundialın son iştirakçısı olub.

Komanda Fransa, Seneqal və Norveçlə birlikdə I qrupunda mübarizə aparacaq. Bu, İraq millisinin dünya çempionatında ikinci çıxışıdır. Komanda ilk dəfə 1986-cı ildə mundiala vəsiqə əldə edib və qrup mərhələsində sonuncu yeri tutub.

Dünya çempionatın iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. İlk dəfə, turnirdə 48 komanda mübarizə aparacaq.


Paylaş: