Dyökereşin yeni klubu bilindi

  • 2 İyul 2025, 10:30

"Sportinq"in hücumçusu Viktor Dyökereş "Arsenal"la anlaşıb.

Sportlife.az xəbər verir ki, müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Daha əvvəl “Mançester Yunayted” forvardla maraqlandığını bildirsə də, futbolçu Çempionlar Liqasından kənarda qalan kluba keçməkdən imtina edib.

27 yaşlı isveçli ötən mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. 


Paylaş: