
İnzaqi üçün qərar anı
"İnter"in baş məşqçisi Simone İnzaqi yaxın günlərdə gələcəyi ilə bağlı qərarını verəcək.
Sportlife.az xəbər verir ki, mütəxəssis klub rəhbərliyi ilə görüşəcək. Onun “Əl-Hilal”dan təklif aldığı bildirilir.
49 yaşlı italiyalı mütəxəssisin "İnter"lə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 31 də Milan klubu Çempionlar Liqasının finalında "PSJ"yə 0:5 hesabı ilə uduzaraq titulsuz qalıb.