Mbappe şəxsi rekordunu yenilədi

  • Bu gün, 11:28

"Real"ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının XXXIII turunun "Alaves"lə oyununda (2:1) ilk qolun müəllifi olub.

Sportlife.az xəbər verir ki, futbolçu 30-cu dəqiqədə cərimə meydançasının xaricindən vurduğu zərbə ilə hesabı açıb.

Bu, fransalı oyunçunun 2025/26 mövsümündə bütün turnirlərdə uzaq məsafədən vurduğu 8-ci qolu olub.

Mbappe bununla şəxsi rekordunu yeniləyib.

Mbappe bu mövsüm 40 oyunda 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: