Meksika millisində yeni baş məşqçi
Rafael Markes Meksika millisinin yeni baş məşqçisi olacaq.
Sportlife.az xəbər verir ki, 47 yaşlı dünya çempionatından sonra vəzifəsinin icrasına başlayacaq.
O, hazırda yığmada Xavyer Agirrenin köməkçisidir.
Markes sabiq klubu olan "Barselona"da da məşqçilik edib.
Qeyd edək ki, Meksika yığması mundialda Cənubi Afrika Respublikası, Cənubi Koreya və Çexiya ilə bir qrupda yer alacaq.