Messi "Barselona"nı təbrik etdi

  • Dünən, 14:08

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Barselona"nın İspaniya çempionatında erkən qələbəsini şərh edib.

Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisinin sabiq hücumçusu bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.

O, klubun fotosunun üzərinə "Təbrik edirəm" mesajı yazıb.

Turnir cədvəlində 85 xalı olan "Barselona" mövsümün bitməsinə 2 tur qalmış ikinci pillədə qərarlaşan "Real" 7 xal qabaqlayır.


Paylaş: