İranda daha 3 medal

  • Bu gün, 11:14

İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.

Sportlife.az xəbər verir ki, sonuncu yarış günündə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Azərbaycanın U-20 milli komandasının 3 üzvü fəxri kürsüyə qalxıb. Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.

7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran 1-ci, Hindistan 2-ci, Azərbaycan isə 3-cü yeri tutub.

Qeyd edək ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal əldə etmişdi.


Paylaş: