"Bayer" 100 milyona razı deyil

  • Bu gün, 10:15

"Bayer" hücumameyilli yarımmüdafiəçi Florian Virts üçün təxminən 150 milyon avro tələb edir.

Sportlife.az xəbər verir ki, Leverkuzen təmsilçisi gələn həftə futbolçudan gələcəyi ilə bağlı yekun qərar gözləyir.

Daha əvvəl bildirilib ki, Virts onun üçün 100 milyon avro ödəməyə hazır olan "Bavariya" ilə anlaşıb. Lakin "Bayer" bu məbləğlə razılaşmır.

Söz-söhbətlərə baxmayaraq, kluba "Bavariya", "Mançester Siti" və "Liverpul"dan rəsmi təklif gəlməyib.


Paylaş: