"Sabah" Kazanda finala yüksəldi

  • Dünən, 15:31

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb.

Sportlife.az xəbər verir ki, "Sabah"ın U-10 komandası qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb.

Bakı klubu qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın "Nefteximik" komandasına 1:2 hesabı ilə məğlub olub.

Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi komanda sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.


Paylaş: