Rodri Madridə köçə bilər

  • Bu gün, 12:18

"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, Madrid yay transfer pəncərəsində yarımmüdafiənin mərkəzini gücləndirmək niyyətindədir.

28 yaşlı ispaniyalı "kral klubu"nun əsas transfer hədəfidir.

Alternativ variantlar arasında Ticani Reynders ("Milan"), Adam Uarton ("Kristal Pelas"), Franko Mastantuno ("River Pleyt"), Aleksis MakAllister ("Liverpul") və Enzo Fernandes ("Çelsi") də var.

Qeyd edək ki, Rodri zədə səbəbindən 8 aya yaxındır oynamır. Yarımmüdafiəçi 2019-cu ilin yayından "Mançester Siti"də çıxış edir. Onun müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.


Paylaş: