
Müllerin 34-cü klub titulu
"Bavariya"nın hücumçusu Tomas Müller alman futbolçular arasında ən çox kubok qazanan Toni Kroosun rekorduna şərik çıxıb.
Sportlife.az xəbər verir ki, bu, 35 yaşlı hücumçunun karyerasında 34-cü titul olub.
Müller Münhen klubunda və Almaniya millisindəki keçmiş komanda yoldaşı, 34 titullu Toni Kroosun rekordunu təkrarlayıb. İndi hər ikisi tarixin ən çox medal qazanan alman oyunçularıdır.
Müller "Bavariya"nın heyətində 33 kubok qazanıb, Almaniya millisi ilə isə DÇ-2014-ün qalibi olub.