
MY səs-küylü transferi açıqladı
"Mançester Yunayted" "Vulverhempton"dan Mateus Kunyanın transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, transfer məbləği 62,5 milyon funt-sterlinq (təxminən 74 milyon avro) təşkil edib.
Əvvəlcə Mançester təmsilçisi bu məbləği 5 il ərzində ödəmək istəsə də, sonra tərəflər iki il müddətində razılaşıblar. Braziliyalı forvardla 5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kunya "Vulverhempton"da 92 matçda 33 qol vurub.