Neymar: "Xahiş edirəm, məni cəzalandırmayın"

  • 2 İyun 2025, 12:32

"Santos"un hücumçusu Neymar Braziliya çempionatında "Botafoqo" ilə matçın (0:1) hakimliyindən şikayətlənib.

Sportlife.az xəbər verir ki, həmin görüşdə meydandan qovulan futbolçu ilk sarı vərəqənin yanlış olduğunu bildirib:

"İkinci sarı vərəqə ədalətli idi, amma birincisi deyildi. Kobudluq etdim və dərhal sarı vərəqə aldım. Braziliyada çox pis hakimlər var. Bu, sadəcə mənim fikrimdir... Xahiş edirəm, daha məni cəzalandırmayın”.


Paylaş: