Qrizmann rəsmən MLS-də!
"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirəcək.
Sportlife.az xəbər verir ki, fransalı hücumçu "Orlando Siti" ilə müqavilə imzalayıb. 34 yaşlı forvard 2028-ci ilin yayına qədər MLS klubunda çıxış edəcək. Müqavilənin müddətinin daha bir illik uzadılması mümkündür.
Futbolçu yeni komandasına bu ilin iyul ayında qoşulacaq.
Qeyd edək ki, Antuan Qrizmann İspaniyada "Real Sosyedad", "Atletiko" və "Barselona" klublarında oynayıb. O, Fransa millisində 137 oyun keçirib və 44 qol vurub.