
"Roma" istəmədi, "Qalatasaray"a qayıtdı
“Roma” rəhbərliyi Viktor Nelsonu almaq variantından istifadə etməyib.
Sportlife.az xəbər verir ki, İtaliya klubunda icarə əsasında çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Qalatasaray"a qayıdıb.
İddiaya görə, danimarkalı müdafiəçi "Roma"ya 10 milyon avroya təklif edilsə də, "canavarlar" bundan imtina ediblər.
Mərkəz müdafiəçisi bu ilin fevralında icarəyə götürülmüşdü. O, "Roma"nın heyətində A Seriyasının dörd oyuna çıxıb.
Nelsonun "Qalatasaray"la 2027-ci ilədək müqaviləsi var.