
Ronaldu karyerasını nə vaxt bitirəcək?
“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldunun karyerasını bitirəcəyi vaxt bəlli olub.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu daha 2 mövsüm peşəkar səviyyədə oynamaq istəyir.
Portuqaliyalı forvardın Səudiyyə klubu ilə hazırkı müqaviləsi yayda başa çatacaq. Hazırda Ronalduya başqa klublardan bir neçə təklif var. O, yaxın günlərdə harada oynayacağına qərar verəcək.
Hücumçu bu mövsüm "Əl Nəsr"in heyətində 39 oyunda 33 qol vurub və 4 məhsuldar ötürmə edib.