
Bellinqemin titul arzusu
“Real"ın yarımmüdafiəçisi Cud Bellinqem klublararası dünya çempionatını qazanmaq istədiklərini bildirib.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu bunun vacib olduğunu söyləyib:
"Çünki bu, başqa bir tituldur və biz onu qazanmaq istəyirik. Bu, komandanın və klubun arzusudur. Bir qədər zəif mövsümdən sonra biz qalib gəlmək istəyiri".
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.